< !-- ========================= INTERNET EXPLORER FIXES ============================== -->

Quick Orders smartfonunuz vasitəsi ilə hər hansı məkanın menyusu ilə tanış olmağa, qarsonu çağırmağa və menyudan sifariş verməyə imkan yaradan mobil proqram təminatıdır. Restoranlarda, Otellərdə, Komplekslərdə və s. kimi məkanlarda yerləşdirdiyimiz QR kodları istifadə edərək sifariş prosesini asanlaşdırın, rahatlığınızı təmin edin!



How it works
Rəqəmsal menyu

Cəlbedici şəkillər ilə təmin olunmuş çoxdilli menyu müştərilərinizə azad, rahat və cəld seçim imkanı təqdim edəcəkdir.

Qarson çağırma sistemi

Qarson çağırma sistemi vasitəsi ilə müştərilərinizin zamana qənaət etməsinə imkan yaradın.

Səyyar sifariş

Müştərilərinizə həm smartfonları ilə həm də birbaşa qarsona sifariş vermək seçimi təqdim edin.

Müştəriləriniz ilə ünsiyyətin innovativ yolu

Müştəri kütləniz artıq səyyar texnologiyalara üstünlük verir, bu imkandan necə faydalanacaqsınız?

Satışların artımı

Məkanınızın ortalama satış dəyərini artırın.

Hesabat və analitika

Satış proseslərini və müştəri davranışlarını analiz edərək biznesinizi daha da genişləndirin.

Administrativ idarəetmə paneli

Mobil proqram təminatını istəklərinizə uyğunlaşdırın, sifarişləri istədiyiniz kimi idarə edin!

Android, iOS və Windows

Proqram təminatımız hər bir əməliyyat sistemi ilə çalışır.

24/7/365 dəstək

Proqram təminatımız və komandamız günündən və saatından asılı olmayaraq daimi olaraq xidmətinizdədir.

Daha çox
Quick Orders sizə necə kömək edə bilər?

Restoranlar: Yeni müştəri kütləsi cəlb edin

Restoran sahibisiniz? Müştərilərinizin sifariş vermə prosesini optimallaşdıraraq onların rahatlığını təmin etməklə yanaşı öz iş gedişatınızı da sürətləndirmiş olursunuz! Əgər fikirləşirsinizsə ki, daha çox müştəri cəlb etmək potensialınız var, Quick Orders ən düzgün seçimdir!

Quick Orders proqram təminatları çox asan və sürətlidir! Müştəriləriniz masalarda yerləşdirilən QR kodu smartfonlarına tanıtdıqdan sonar dərhal ekranda məkanınızın menyusu əks olunur. Daha sonra isə müştəriləriniz smartfonları vasitəsi ilə həm sifariş verə bilər, həm də qarsona xüsusi istəklərini göndərə bilər. Restoranınızın qarsonları isə sifarişi dərhal görür, qəbul edir və POS sisteminə daxil edir. Bununla da, müştərilərinizin gözləmə vaxtı minimala enmiş olur. Sizin göstərmiş olduğunuz xidmət daha effektiv olur ki, bu da öz növbəsində müştəri məmnuniyyətinə və əlavə gəlirə gətirib çıxarır.

Otellər: otaq servisinin maksimal göstəricisi

Quick Orders otelinizin qonaqlarının sifariş vermə prosesinin ən komfortlu yoludur. Proqram təminatını istifadə etməklə müştəriləriniz otelinizin təklif etdiyi xidmətlərlə öz dillərində tanış olmaq və sifariş vermək imkanı qazanacaqlar. Sifarişlər isə birbaşa olaraq otelinizin POS sistemində və yaxud da qarsonların mobil cihazlarında əks olunacaqdır. Sifarişin gedişatını isə müştəriləriniz öz smartfonlarında izləyəcəklər.

Dənizkənarı komplekslər və çimərliklər

Artıq sifariş vermək üçün gözləmək və yaxud da bara yaxınlaşmaq geridə qaldı! Təqdim edəcəyimiz QR kodları dəniz və hovuz kənarı masalarda yerləşdirməklə müştərilərinizin gözləmə vaxtını minimala endirmiş olacaqsınız. Çoxdilli platforma ölkəmizin turistlərinə onların öz dillərində xidmət göstərmək imkanı yaradacaqdır. Müştəriləriniz proqram təminatını bir dəfə istifadə etdikdən sonra həmişə istifadə etmək istəyəcəyindən əmin olun!

Super marketlər, stadionlar və arenalar

Müştəriləriniz istədikləri yemək və içəcəkləri evlərindən və yaxud da stadion və ya arenalarda oturduqları yerdən sifariş vermə imkanı qazanacaqlar! Məkana yerləşdirəcəyimiz POS sistemi dərhal gələn sifarişləri görür, qəbul edir və çatdıracaqdır. Məsələn, (1) Bina nömrə 1, mənzil 45, Babayev Fərid (2) Bölmə A, sıra 5, oturacaq 21, Hüseynov Tural.

Quick Orders’i indi sınayın, bəyənəcəyinizə zəmanət veririk!

Rəqəmsal menyu funksiyası müştərilərinizə məkanınızın təklifləri ilə tanış olmaq üçün innovativ imkan təqdim edir. Asan istifadəyə malik platforma, sizin təkliflərlə yanaşı, gündəlik xüsusi endirimləri müştərilərə çatdırıcaqlar. Cəlbedici menyu şəkilləri və açıqlamaları müştərilərinizə rahat seçim imkanı yaradacaqdır.

  • QO müştəriləriniz üçün tam olaraq pulsuzdur, asan istifadəyə malikdir, çoxdilli interfeysə sahibdir və xüsusi qeydiyyat tələb etmir.
  • QR kodu smartfona tanıtmaqla müştəriləriniz təkliflərinizi bir başa olaraq telefonlarında görəcəklər.
  • Xidmət çağırışı funksiyası zamana qənaət etmək, satışları artırmaq və xidmət keyfiyyətini yüksəltməyə imkan yaradır.

Menyudan seçim etdikdən sonra müştəriləriniz qarsonu bir toxunuşla çağırmaq imkanı əldə edir. Bu zamana qənaət etmək və sifarişlərin sayını artırılmasına gətirib çıxarır. Qarson isə öz növbəsində müştərinin sifarişini, masa nömrəsini və əlavə istəklərini POS sistemdə görür. Sifariş qəbul edildikdən dərhal sonra müştəriyə avtomatik şəkildə sifarişin gedişatı haqqında məlumat yollanır. Bütün bu avtomatlaşdırılmış proses qarsonların daha cəld xidmət göstərməsinə və onların müştəri məmnuniyyətinə fokuslanmasına imkan yaradır. Artıq sifarişləriniz gecikməyəcəkdir və müştəriləriniz sizdən məmnun ayrılacaqdır!

  • Xidmət sahənizi optimallaşdırır, eləcə də, xidmət keyfiyyətini maksimal həddə çatdırır. Sifariş prosesini sürətləndirir.
  • Sifarişin cavabsız qalması və ya gecikməsi riskini minimala endirir.
  • Qarson və müştəri əlaqəsinin təməlli quruluşu səviyyəsi.

Quick Orders məhz sizin istək və tələblərinizə uyğun quraşdırılacaqdır. İstədiyiniz logo və arxa fon şəkilləri (dizayn baxımından) tərəfimizdən proqram təminatına yerləşdiriləcəkdir. Əlavə olaraq, proqram təminatı məkanınızın işləmə saatlarına uyğun quraşdırılacaqdır və istədiyiniz sayda dil seçimi əlavə olunacaqdır. Rəqəmsal menyunu idarə etmək çox asan və cəlddir – menyu əlavə olunması, dəyişikliklərin edilməsi və şəkillərin yerləşdirilməsi cəmi bir neçə dəqiqənizi alacaqdır. Əlavə olaraq, istədiyiniz zaman proqram təminatı sayəsində müştərilərin qarşısına xüsusi endirim və ya təkliflərlə çıxa biləcəksiniz. Ənənəvi kağız menyulardan fərqli olaraq, proqram təminatı vasitəsi ilə menyunuzda hər hansı dəyişiklik etmək təmami ilə pulsuzdur.

  • QO gəlirinizi maksimal həddə çatdırır və bütün riskləri minimala endirir.
  • QO personalın xidmət keyfiyyətini ölçmək üçün mükəmməl həlldir.
  • Sizin menyunuz daima yeni qalır. Dəyişikliklər çox az zaman tələb edir.
  • Məkanınız xidmət sahəsinin innovativ texnologiyası ilə təmin olunur. Müştəriləriniz bunun sayəsində məmnun qalırlar.

BİZİM SEVİMLİ MÜŞTƏRİLƏRİMİZ
ONLARDAN BİRİ SİZ OLUN!

Demo


Quick Orders mobil proqram təminatını Google Play, App Store və Windows Store-dan elə indi yükləyin!

Demo menyunu ekranda görmək üçün QR kodu proqram təminatına tanıdın və test edin.

Əgər siz restoran, otel, bar və s. kimi müəssisə sahibisinizsə qarson çağırma sisteminin demosunu əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Tanıtım prezentasiyası üçün bizə yazın
Boş xanaları doldurun və biz sizinlə əlaqə yaradacayıq!

Quick Orders

Bolqarıstan məhsulu olaraq
bütün dünyaya xidmət edirik!

Bizi xəritədə tapın